“Real” sabiq futbolçusunu qaytarır
“Real” keçmiş futbolçusu Mario Gila ilə əlaqə saxlayır.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Bildirilir ki, “Latsio”nun mərkəz müdafiəçisinin mövsümün sonunda Madrid klubuna qayıtma ehtimalı qalmaqdadır.
Mənbənin məlumatına görə, 24 yaşlı ispaniyalı həm də “İnter”, “Yuventus” və bir sıra Premyer Liqa klubları tərəfindən izlənilir.
Gila 2019-cu ildə “Real Madrid”in akademiyasına qatılıb və 2022-ci ildə 6 milyon avroya “Latsio”ya satılıb. Futbolçunun yenidən satılması halında Madrid komandası məbləğin 50%-ni alacaq.
“Transfermarkt” hazırda Gilanın bazar dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
Aut.az
