Onun vaxtından qalan sonuncu futbolçu da “Barsa”dan gedir
Pep Qvardiolanın komandanın sükanı arxasında olduğu vaxtdan bəri “Barselona”da oynamağa davam edən sonuncu oyunçunun 2023/24 mövsümünün sonunda klubu tərk edəcəyi ehtimal edilir.
Aut.az xəbər verir ki, söhbət 2010-cu ildə “Barsa”nın əsas komandasında debüt edən Serji Robertodan gedir.
Roberto ötən mövsüm “Barselona” ilə müqaviləsini uzadıb və müqavilədə əməkdaşlığın daha bir il uzadılmasının mümkünlüyü haqqında bənd var.
Bununla belə, “Diario Sport”un qeyd etdiyi kimi, Roberto bu mövsüm çox az oynayır və bütün əlamətlər onun Kataloniya klubunda son mövsümünün olacağına işarədir. Bu mövsüm Serji meydanda cəmi 174 dəqiqə olub və komandanın son 4 oyununun heç birində iştirak etməyib.
Aut.az
