Biabırçılıq: Ruslara təşəkkür etdilər – VİDEO
“Barselona”nın futbolçuları gözlənilməz və biabırçı addımla gündəmə gəliblər.
Aut.az xəbər verir ki, kataloniyalıların futbolçuları Aleks Balde və Serxi Roberto qəribə hərəkətlə yadda qalıblar.
Futbolçular La Liqada qalib gəldikdən sonra rus azarkeşlərə təşəkkür ediblər. Bunu videoya çəkərək yayıblar.
“Rusiyadakı bütün “Barselona” azarkeşlərinə böyük salam! Tezliklə görüşərik!”, – Balde deyib.
“Hörmətli Rusiyadan olan azarkeşlər! Dəstəyiniz və enerjiniz üçün çox sağ olun! Siz də bu qələbənin bir parçasısınız! Ümid edirəm ki, birlikdə daha çox titullar qazanacağıq!”, – Roberto bildirib.
Futbolçuların bu videomüraciəti Rusiyada La Liqa oyunlarının yayımçısı Okko tərəfindən İnstaqramda yerləşdirilib.
Aut.az
