Fabreqas onu qovdu
“Komo”nun yarımmüdafiəçisi Dele Alli yaxın vaxtlarda komandasını dəyişə bilər.
Aut.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas onu gənclərlə məşq etməyə göndərərək komandadan qovub.
Bu qərara səbəb “Tottenhem”in keçmiş ulduzunun karyerasını bitirə biləcəyi ilə bağlı açıqlamaları olub.
Qeyd olunur ki, ingilis əslində karyerasını 29 yaşında bitirməyi planlaşdırmır, lakin “Komo” ona bunu başqa yerdə davam etdirəcəyini deyib.
Alli “Komo”da keçirdiyi bütün müddət ərzində meydanda cəmi 9 dəqiqə keçirib. O, debüt oyununda 9 dəqiqədən sonra meydandan qovulub.
Aut.az
