İtaliya

Matiçin yeni klubu müəyyənləşdi

37 yaşlı dayaq yarımmüdafiəçisi Nemanya Matiç Fransanın “Lion” klubundan ayrıldıqdan sonra karyerası ilə bağlı qərarını verib.

Aut.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano bildirib ki, serbiyalının növbəti klubu A Seriyasının təmsilçisi “Sassuolo” olacaq. Təcrübəli futbolçu ilə bir illik müqavilə imzalanacaq, həmçinin anlaşmada daha bir mövsüm uzadılma opsiyası da yer alacaq.

Matiç 2024-cü ilin yanvarından “Lion”da çıxış edirdi və fransız klubunda cəmi 58 oyuna çıxaraq 1 qol və 1 assistlə yadda qalıb.

Karyerası ərzində o, “Çelsi”, “Vitesse”, “Benfika”, “Roma”, “Mançester Yunayted”, “Renn” və “Koşitse” klublarının da formasını geyinib.

Aut.az