21-ci əsrdə A seriyasının ən yaxşı 25 futbolçusu
Məşhur “Goal.com” internet nəşri 21-ci əsrdə İtaliya çempionatının 25 ən yaxşı futbolçusunun reytinqini dərc edib.
Aut.az xəbər verir ki, ilk üçlüyü əfsanəvi italyan yarımmüdafiəçisi Andrea Pirlo qapayır. “Milan”, “İnter” və “Yuventus”un keçmiş futbolçusu A Seriyasında 493 oyun keçirib, 58 qol vurub, 101 məhsuldar ötürmə edib və 6 çempionluq tituluna sahib olub.
İkinci sırada “imperator” – “Roma” əfsanəsi Françesko Tottidir. Yalnız bir “Skudetto” qazanıb, lakin İtaliya liqasında 618 matçda 250 qol vurub və 160 məhsuldar ötürmə edib.
“Parma” və “Yuventus”da çıxış edən qapıçı Canluici Buffona 21-ci əsrin A Seriyasının ən yaxşı oyunçusu kimi tanınıb. O, İtaliya çempionatında 657 oyun keçirib və 10 dəfə ölkəsinin çempionu olub.
“Goal.com”-a görə 21-ci əsrdə A Seriyasının ən yaxşı 25 futbolçusu:
- Canluici Buffon (İtaliya)
- Françesko Totti (İtaliya)
- Andrea Pirlo (İtaliya)
- Paulo Maldini (İtaliya)
- Zlatan İbrahimoviç (İsveç)
- Xavyer Zanetti (Argentina)
- Giorgio Kellini (İtaliya)
- Kaka (Braziliya)
- Andrey Şevçenko (Ukrayna)
- Alessandro Nesta (İtaliya)
- Andrea Barzagli (İtaliya)
- Kriştiano Ronaldo (Portuqaliya)
- Lilian Tyuram (Fransa)
- Fabio Kannavaro (İtaliya)
- Alessandro Del Piero (İtaliya)
- Nikolo Barella (İtaliya)
- David Trezeqe (Fransa)
- Pavel Nedved (Çexiya)
- Leonardo Bonucci (İtaliya)
- Klarens Zeedorf (Hollandiya)
- Çiro İmmobile (İtaliya)
- Qonsalo İquain (Argentina)
- Antonio Di Natale (İtaliya)
- Paulo Dibala (Argentina)
- Tiaqo Silva (Braziliya).
Aut.az
