Fatih Terimdən “Qarabağ”la bağlı paylaşım – FOTO
“Qarabağ”ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli tanınmış mütəxəssis Fatih Terim Ağdam klubuna təşəkkür edib.
Aut.az xəbər verir ki, Türkiyə millisinin sabiq çalışdırıcısı bu barədə “instaqram” hesabında yazıb:
“Mehriban dəvətinə görə “Qarabağ” klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram”.
Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdi.

