“Latsio”nun ulduzu “Roma”ya görün nəyə görə təşəkkür etdi
“Latsio”nun vingeri Pedro Rodriges maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, ispaniyalı futbollçu daha əvvəl formasını geyindiyi “Roma”ya onu indiki klubuna satdığı üçün təşəkkür edib. 37 yaşlı cinah oyunçusu, həmçinin “Latsio” ilə Avropa Liqasını qazanacağı təqdirdə fəvvarədə üzməyə söz verib:
“Roma”ya məni Romadakı əsas komandaya, yəni “Latsio”ya satdığı üçün minnətdaram. Ümid edirəm ki, daha bir derbi qolu vuraram, təqaüdə çıxmamışdan əvvəl “Latsio” ilə kubok qazanmağı xəyal edirəm. Avropa Liqasını qazana bilərik. Bu baş verərsə, mən Trevi fəvvarəsində üzəcəyəm”.
Pedro Rordiges 2021-ci ilin yayından “Latsio”da çıxış edir. Futbolçunun Roma klubu ilə müqaviləsi bu mövsümün sonuna kimidir.
Aut.az
