Köklü klub İnzaqiyə tapşırıldı
“Milan” və İtaliya millisinin əfsanəvi hücumçusu Filippo İnzaqi “Palermo”nun yeni baş məşqçisi təyin olunub.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin detalları açıqlanmasa da, çoxillik olduğu bildirilib.
İnzaqinin son iş yeri keçən mövsüm rəhbərlik etdiyi “Pisa” klubu idi. Tərəflər bu yaxınlarda qarşılıqlı razılıq əsasında yollarını ayırmışdılar. Onun rəhbərliyi altında “Pisa” 34 ildən sonra ilk dəfə A Seriyasına vəsiqə qazanıb və B Seriyasında ikinci yeri tutub.
Qeyd edək ki, Filippo İnzaqi məşqçilik karyerası ərzində “Veneziya”, “Bolonya”, “Benevento”, “Breşia”, “Reggina” və “Salernitana” klublarında da çalışıb.
Aut.az
