İngiltərəİtaliya

“Yunayted” “Latsio”nun ilk təklifini rədd etdi

“Mançester Yunayted” ötən mövsüm “Xetafe”də icarə əsasında çıxış etmiş Meyson Qrinvud üçün “Latsio”nun ilk təklifini rədd edib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluki Di Martsio məlumat yayıb.

Mənbənin məlumatına görə, “qartallar” 22 yaşlı ingilis futbolçunun transferi ilə bağlı fəal danışıqlar aparır. “Latsio” “Mançester Yunayted”ə 20 milyon avro və futbolçunun növbəti satışının 50%-ni təklif edib.

Xatırladaq ki, ötən mövsüm Qrinvud bütün turnirlərdə 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Aut.az