İtaliya

Hummels İtaliya nəhənginə keçir  

Azad agent olan Dortmund “Borussiya”sının sabiq müdafiəçisi Mats Hummels karyerasını İtaliya çempionatında davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. Mənbənin məlumatına görə, almaniyalı futbolçu “Roma”

ilə bir mövsümlük müqavilə imzalayacaq və daha bir il uzadılması mümkündür.

Qeyd olunur ki, Hummels Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubuna gedəcək Kris Smollinqin əvəzləyicisi olmalıdır. Hummels 2024-cü ilin iyul ayının sonunda “Borussiya”dan ayrılıb. O, “Borussiya”nın heyətində bütün turnirlərdə 508 oyun keçirib, 38 qol vurub, 23 məhsuldar ötürmə edib.

Aut.az