İspaniya

Axır ki, istefa verdi

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales istefa verib.

“Mən ispan futbolunun bütün bu qeyri-mütənasib kampaniyadan əziyyət çəkməsini istəmirəm. Hər şeydən əvvəl, getməyimin Avropa və Afrikaya 2030-cu il Dünya Çempionatına ev sahibliyi etmək üçün  sabitliyi qoruyub saxlamaqda tövhə verəcəyini düşünürəm. Dünyanın ən böyük tədbirinin ölkəmizdə keçirilməsini istəyirəm.

Mən irəliyə, gələcəyə baxmalıyam. İndi məni narahat edən bir şey var. Mən həqiqətə inanıram və həqiqətin qalib gəlməsi üçün əlimdən gələni edəcəyəm. Qızlarım, ailəm və mənə dəstək olan insanlar həddən artıq təqiblərdən, yalanın nəticələrindən əziyyət çəkiblər.

Bütün heyətə, məclis üzvlərinə, federasiyalara və ümumiyyətlə, futbol adamlarına  uğurlar arzulayıram. Bu müddət ərzində mənə dəstək olan hər kəsə təşəkkür edirəm”, – deyə “Marca” Rubialesin sözlərindən sitat gətirib.

Aut.az