İspaniya

Əfsanə Yamalla bağlı proqnoz verdi: Yalnız bir dəfə deyil…

Ronaldinyo inanır ki, Lamin Yamal karyerası ərzində bir neçə “Qızıl top” qazana bilər.

Aut.az xəbər verir ki, “Barsa”nın əfsanəsi bu barədə İspaniya mətbuatına danışıb.

– Lamin Yamal bu mövsüm Çempionlar Liqasını qazanmasa da , “Qızıl top”a layiqdirmi?

– Yamalın səviyyəsi ona “Qızıl top”u qazanmağa imkan verir. Dünyada başqa böyük oyunçular var, amma o, həmin elitanın bir hissəsidir.

Bu heyrətamizdir, çünki o, çox gəncdir, lakin yalnız bir dəfə deyil, bir neçə dəfə qalib gələrək tarix yazmaq potensialına malikdir”, – Ronaldinyo deyib.

Aut.az