İspaniya

Buna razı olmasa, satılacaq

“Barselona”nın forvardı Robert Levandovski komandadan ayrıla bilər.

Aut.az xəbər verir ki, bu barədə Kataloniya mətbuatı məlumat yayıb.

İdman direktoru Deko polşalı hücumçuyla danışıqlar aparmağı planlaşdırır. Buna səbəb hazırkı müqavilə şərtlərinə görə onun maaşının və ödənişlərinin artmasıdır. Bu da maliyyə feyr-pleyi ilə bağlı vəziyyəti heç də yaxşı olmayan Kataloniya klubuna problem yarada bilər.

Mənbənin sözlərinə görə, Leva maliyyə şərtlərində güzəştə getməsə, transferə çıxarıla bilər.  İndiki halda 35 yaşlı futbolçuyla  Səudiyyə Ərəbistanı klubları maraqlanır. Bu da onun satılma ehtimalını artırır.

Qeyd edək ki, 2023/2024 mövsümündə Robert Levandovski 10 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

Aut.az