Özündən yarıdılar, qardaşını da transfer edirlər
“Real” daha bir transferə hazırlaşır.
Aut.az xəbər verir ki, Madrid klubu qısa zamanda komandanın liderlərindən birinə çevrilən Cud Bellinqemin “Sanderlend”də çıxış edən qardaşı Cobu tramnsfer edə bilər. Bu barədə “Sun SporT” məlumat yayıb.
Bu məqsədlə “qalaktikos”un skautları 21 yaşadək İngiltərə və Monteneqronun U-21 milli komandaları arasında keçirilən oyun zamanı Cobu stadiondan izləyib və onunla bağlı təqdimat hazırlayaraq rəhbərliyə təqdim ediblər.
Transfermarkt Cobun dəyərini 5 milyon avro olaraq müəyyənləşdirib. Kiçik Bellinqem bu mövsüm Çempionşipdə 11 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, onun qardaşı Cud isə bu ilin yayında Dortmund “Borussiya”sından 103 milyon avroya transfer edilib. 20 yaşlı yarımmüdafiəçi meydana çıxdığı 10 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
