İngiltərə

Əfsanə Haalandı Messi və Ronaldo ilə müqayisə etdi: Onlar eqoistdirlər

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi İngiltərə Kubokunun finalında “Kristal Pelas” – “Mançester Siti” (1:0) matçında penalti zərbəsini Erlinq Haalandın deyil, Omar Marmuşun yerinə yetirməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Erlinq Haaland dünya səviyyəli hücumçudur. Amma söhbət Lionel Messi və Kriştiano Ronaldodan gedəndə, onlar heç vaxt bu topu başqasına verməzdilər. Məhz bu cəhət onları Haaland, Mbappe və bu günün digər top-oyunçularından fərqləndirir. Messi və Ronaldo yaxşı mənada eqoistdirlər. Onlar qollarla yaşayırlar və hər matçda fərqlənmək istəyirlər. Haaland qol epizodlarını boşa verəndə hiss olunur ki, bu, onu sarsıdır və oyununa təsir edir.

Bəlkə də, “Uembli”də penalti zərbəsini yerinə yetirmək fikri onun üçün çox ağır olub. Kim bilir, axı o da insandır”.

Qeyd edək ki, 36-cı dəqiqədə “şəhərlilər” penalti hüququ qazansa da, zərbəni Haaland yerinə Omar Marmuş yerinə yetirib və topu qapıdan kənara vurub.

Aut.az