İtaliya

Kapello “qumarbazlar” haqda: Dəhşətlidir

Məşhur italyan mütəxəssis Fabio Kapello A seriyasındakı mərc qalmaqalından danışıb.

Aut.az xəbər verir ki, Kapello bu barədə “Sovetskiy sport” nəşrinə açıqlama verib.

“Müasir futbol puldan çox asılıdır, bu, göz qabağındadır. Böyük pullar çoxdan futbola daxil olub. İndi mərc haqqında yazılanlar  dəhşətlidir. Amma əvvəlcə araşdırmanın nəticəsini gözləmək, sonra münasibət bildirmək lazımdır”, – Kapello deyib.

Daha əvvəl məlum olub ki, prokurorluq İtaliyada bir çox futbolçuya qarşı oyunlara mərc etdikləri üçün iş açıb, istintaq aparılır.

Aut.az