Bu üç top-klub onu izləyir
“Milan”, “Mançester Siti” və “Real” “Jirona”sının sol cinah müdafiəçisi Migel Qutierres ətrafındakı vəziyyəti izləyir.
Aut.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ekrem Konur məlumat yayıb.
Daha əvvəl 22 yaşlı futbolçu ilə “Bavariya”nın də maraqlandığı bildirilirdi. Migelin “Jirona” ilə müqaviləsindəki bəndin 35 milyon olduğu barədə də məlumat var. Maraqlıdır ki, “Real” futbolçunun satışından 50%-ni alacaq, çünki o, “Jirona”ya transfer olunanda müqaviləyə belə bir bənd əlavə edilib.
Klubun həmçinin Qutyerresi “endirimlə” – cəmi 8 milyon avroya almaq imkanı da var.
2023/24 mövsümündə Migel Qutyerres “Jirona”nın heyətində 15 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
