Qardaşı Bellinqemin oyununu izləmir
Dortmund “Borussiya”sının yeni transferi Cob Bellinqem hansı futbolçuları izlədiyi ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, 19 yaşlı futbolçu “Real Madrid”də oynayan böyük qardaşı Cud Bellinqemin çıxışlarını izləmədiyini bildirib .
-Bir çox oyunçuları, xüsusən də yarımmüdafiəçiləri izləyirəm. Vaxtım olanda Modriçə baxmağı çox sevirdim – sadəcə onun meydanın ortasında nə etdiyindən həzz alırdım.
– Qardaşınızın oyununa baxırsınız?
– Yox, yox (gülür) . Mən onu izləmirəm, onun izləyiciləri kifayət qədərdir.
Aut.az
