Dünya futboluİspaniya

Mbappedən Neymarın “qısqanırdı” iddiasına cavab gəldi

Kilian Mbappe PSJ-də komanda yoldaşı olmuş Neymarın sözlərinə cavab verib.

Aut.az xəbər verir ki, Neymar iddia etmişdi ki, Messinin gəlişindən sonra Mbappedə paxıllıq hissi yaranmışdı.

“Deməyə sözüm yoxdur. Bütün diqqətimi Madriddə etdiyim işlərə yönəldirəm. Ona böyük hörmətim var. Futbol tarixində bənzərsiz bir oyunçu haqqında yaxşı şeyləri xatırlamaq istəyirəm. Ona və ailəsinə uğurlar”, – “Madrid Universal” “X” sosial şəbəkəsində Mbappedən sitat gətirib.

Messi 2021-ci ilin yayında azad agent kimi PSJ-yə keçib və 2023-cü ilə qədər Paris klubunda çıxış edib. Neymar 2017-2023-cü illərdə Fransa nəhənglərində çıxış edib. Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib.

Aut.az