“Azərreyl” avrokuboklara qələbə ilə başladı
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokuboklarda 2023/2024 mövsümünə qələbə ilə start verib.
Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsinin ilk matçında qələbə qazanıb.
Ukraynanın “Balta” klubunu qəbul edən “Azərreyl” rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.
Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.
