Çimayev sınıb, zehni cəhətdən çox kövrəkdir – İddia
UFC döyüşçüsü Paulo Kosta Həmzət Çimayevin ilk məğlubiyyətindən sonra onun perspektivlərini qiymətləndirib.
Həmzət Çimayev Şon Striklendə uduzmuş və orta çəki kəmərini itirib.
Aut.az xəbər verir ki, Kosta “Submission Radio”ya verdiyi müsahibədə deyib:
“Yaxın gələcəkdə məni və bütün divizionu nələr gözlədiyini bilmək çətindir. Çimayevlə döyüşmək istərdim, amma düşünmürəm ki, o, buna qadirdir. UFC-nin nə planlaşdırdığını bilmirəm . Bəlkə də ona Striklendə qarşı revanş döyüşü vermək istəyirlər?
Çimayevə gəldikdə, onunla bağlı həmişə bəzi suallar olur. Nə vaxt qayıdacaq, nə dərəcədə hazır olacaq… Düşünürəm ki, Çimayev sınıb. Zehni cəhətdən çox kövrəkdir. İndiyə qədər düşdüyü ən pis vəziyyətdədir. Onun üçün çətin olacaq, çünki indi çoxlu tənqidlərlə üzləşəcək.
Çimayevlə tezliklə döyüşməyə icazə veriləcəyi ehtimalı azdır. Hətta Həmzatın geri qayıdıb-qayıtmayacağını da bilmirəm”.
Aut.az
