Dünya futbolu

Ulduz futbolçudan Neymarla bağlı suala istehzalı cavab

Braziliya millisinin yarımmüdafiəçisi Kazemiroya mətbuat konfransı zamanı hücumçu Neymar barədə bir neçə dəfə sual verilib.

Aut.az xəbər verir ki, “Santos”un hücumçusu haqqında yenidən soruşulduqda, Kazemiro ironiya ilə cavab verib: “Yenə də bura gəlirik və yalnız Neymar, Neymar, Neymar haqqında danışırıq. Düşünürəm ki, Neymar komandadakı hər kəs kimi bir oyunçudur, digər 26 oyunçu kimi vacib bir oyunçudur”.

Mediada əvvəllər yayılmış məlumatlarda Neymarın zədə səbəbindən qarşıdan gələn Dünya Kubokunu buraxa biləcəyi bildirilirdi. Hücumçunun 14 iyunda Braziliyanın Mərakeşlə qrup mərhələsi oyunundan əvvəl sağalacağı vurğulanır. Əks halda, 34 yaşlı hücumçunun milli komandanın heyətindən kənarlaşdırılma riski artır.

Aut.az