Dünya futbolu

“Qızıl top” Messinin haqqıdır – Ronaldo

“Real”ın və “Barselona”nın keçmiş hücumçusu Ronaldo hesab edir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi “Qızıl top”u qazanmağa layiqdir.

Xatırladaq ki, argentinalı komandası ilə dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.

“Messi “Qızıl top”u qazanmağa layiqdir. Düşünürəm ki, mükafat Lionelə veriləcək. O, böyük turnir olan Dünya Kubokunu qazandı”, – Ronaldo bildirib.

Xatırladaq ki, Messinin “Qızıl top” uğrunda mübarizədə əsas rəqibi “Mançester Siti”nin hücumçusu Erlinq Haaland olacaq.

Aut.az