Ronaldo yenə qol vurdu, “Əl-Nəsr”…
Sentyabrın 27-də Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda “ Əl-Nəsr” “Əl-Vəhda”nı qəbul edib.
Aut.az xəbər verir ki, Ər-Riyaddakı yerli stadionda baş tutan görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.
Stefano Piolinin yetirmələri üçün qolları Angelo və Kriştiano Ronaldo vurub . KriRo 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Ronaldo karyerasında 903-cü, bu mövsüm isə bütün yarışlarda 8-ci qolu vurub.
Keçirilən 5 oyundan sonra “Əl-Nəsr” 11 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Lider “Əl-Hilal”ın aktivində 12 xal var və 1 oyun az keçirib.
Aut.az
