Dünya futbolu

“Liverpul”un gələcək çalışdırcısı onu məşqçilər korpusuna dəvət etdi: Bu cavabı aldı

“Şaxtyor”un baş məşqçisi Marino Pusiç böyük ehtimalla “Liverpul”a rəhbərlik edəcək Arne Slotun məşqçilər korpusuna daxil olmaq təklifi alıb.

Aut.az xəbər verir ki, mənbənin sözlərinə görə, vaxtilə Marino ilə işləyən Slot Pusiçi “Liverpul”da yeni komandasına dəvət edib. Qeyd olunur ki, “Şaxtyor”un çalışdırıcısı bundan imtina edib və Ukrayna klubunu çalışdırmağa davam edəcək.

Marino Pusiç AZ və “Feyenoord”da Arne Slotun köməkçisi olub və oradan 2023-cü ilin oktyabrında Donetsk “Şaxtyor”una keçib.

Aut.az