İnanılmaz rekord, cəmisi 3 saniyəyə… – VİDEO
Amerikalı Maks Park standart Rubik kubunun (3x3x3) yığılmasında dünya rekordu müəyyənləşdirib.
Aut.az xəbər verir ki, Kaliforniya ştatının Lonq-Biç şəhərində keçirilən yarışda 21 yaşlı spidkuber prosesi 3,13 saniyəyə başa vurmağı bacarıb. Bu, dünya rekordu sayılır.
Bundan əvvəl dünya rekordu çinli Yuşenq Duya (3,47 san) məxsus idi və demək olar ki, 5 ildir (2018-ci ildə) dəyişmirdi.
