Qaydasız döyüş

Makqreqor eyham vurdu: Bu tarixdə qayıdır

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor yenidən diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, o, növbəti görüşünün aprelin 13-nə planlaşdırılan yubiley – UFC-300 turnirində keçirəcəyinə açıq şəkildə eyham vurub.

“Makqreqor 300-də – sövdələşmə tamamlandı. Mən təklifi qəbul edirəm. Görüşərik”, – deyə təcrübəli idmançı sosial şəbəkədə hesabında yazıb.

Qeyd edək ki. daha əvvəl Makqreqor oktaqonda amerikalı Maykl Çandlerlə görüşəcəyini bildirmişdi.

Xatırladaq ki, Konor Makqreqor 2021-ci ilin yayından, amerikalı Dastin Puare ilə görüşdə ciddi zədələndikdən sonra UFC-də döyüşməyib.