Səidə viza verilmədi: Cavidlə döyüşü təxirə salındı
Rusiyalı UFC döyüşçüsü (61 kq-a qədər) Səid Nurməhəmmədov fevralın 8-də Las-Veqasda (ABŞ) keçiriləcək “UFC Fight Night 266” turnirində iştirak etməyəcək.
Aut.az xəbər verir ki, bu barədə “Vesti MMA” məlumat yayıb. Nəşrin məlumatına görə, Nurməhəmmədov viza ala bilməyib. Rusiyalı idmançının britaniyalı Cavid Başaratla qarşılaşması planlaşdırılırdı.
Səid Nurməhəmmədovun 33 yaşı var. Rusiyalı UFC-də debütünü 2018-ci ildə edib. Dünyanın ən nüfuzlu təşkilatında ümumilikdə yeddi qələbə və dörd məğlubiyyəti var.
Nurməhəmmədov iyul ayında ABC 9-da UFC-də keçirilən son döyüşündə amerikalı Brays Mitçelə yekdil qərarla məğlub olub.
Aut.az
