Dünya futboluİspaniya

Onu buna həyat yoldaşı məcbur edib: Bilmirəm məni evdən qovmaq istəyirdi, yoxsa…

Voytsex Şensnı etiraf edib ki, karyerasını bərpa etmək və “Barselona” ilə müqavilə bağlamaq niyyəti olmayıb.

Aut.az xəbər verir ki, “Sport.pl” qapıçının sözlərini sitat gətirib:

“Futbola qayıtmaq və “Barselona” ilə müqavilə bağlamaq açıq-aydın bir seçim deyildi. Mən Barselonaya köçmək istəmirdim –  nəhayət ev işlərinə kömək edəcək və valideyn olacaq tam ştatlı ata olmağı planlaşdırırdım. Amma həyat yoldaşım təkid etdi.

Bu günə qədər bilmirəm, o, bunu mənim üçün əla fürsət kimi görüb, yoxsa məni evdən qovmaq istəyir. İstənilən halda, o, uğur qazandı və mən buna görə ona çox minnətdaram”.

Polşalı qolkiper ötən mövsüm Kataloniya klubuna keçərək karyerasını bərpa edib.

Aut.az