Azərbaycan futboluManşetSeçmə

“Neftçi”də inqilabi dəyişiklik: Rövşən Nəcəf bu vəzifələri ləğv edir, görün kimi gətirir

Nəhyat bu gün “Neftçi”nin baş məşqçisinin adı rəsmən açıqlandı. Bir aydır davam edən axtarışların nəticəsində “ağ-qaralar”ın “sükanı” rumın Adrian Mutuya tapşırıldı.

Klub 44 yaşlı çalışdırıcını adət etmədiyimiz formada təqdim etdi. Hansısa poster, videoçarx olmadı. Rumın mütəxəssislə görüşdə “Neftçi”nin prezidenti də gözə dəymədi. İlk dəfə təqdimat klubun Müşahidə Şurasının sədri, eyni zamanda baş sponsoru olan SOCAR-ın sədri Rövşən Nəcəfin iştirakı ilə keçirildi. Təqdimat olduqca rəsmi idi. Paylaşılan fotolar da, deyilən sözlər də. Elə göndərilən mesaj da…

Bu təqdimat onu göstəriri ki, Rövşən Nəcəf uğursuluqlardan bezib və qollarını çırmalayaraq “Neftçi”nin problemləri ilə məşğul olmağa başlayıb. Görünən odur ki, Mutunu da o özü seçib.

"Neftçi"də inqilabi dəyişiklik: Rövşən Nəcəf bu vəzifələri ləğv edir, görün kimi gətirir

Aut.az-ın əldə etdiyi məlumata görə, bu, Rövşən Nəcəfin “Neftçi”də ilk dəyişikliyi olmayacaq. İki gün öncə “Neftçi”nin bütün sosial şəbəkə hesablarında edilən “Hər şey yaxşı olacaq” mesajı məhz bunun xəbərçisidir.

Şura sədri bundan sonra kluba nəzarət etməyə davam edəcək. Yaxın günlərdə isə “ağ-qaralar”da ciddi dəyişikliklər olacaq. Bunlardan biri prezident postu ilə bağlıdır. Hazırda bu vəzifədə qərarlaşan Kamran Quliyevin fəaliyyətindən narazı qalan Rövşən Nəcəf bu postu ləğv etməyi düşünür. Belə olan halda vitse-prezident vəzifəsi də ləğv ediləcək. Əvəzində Müşahidə Şurasına və sədr Rövşən Nəcəfə tabe olan icraçı direktor postu yaradılacağı gözlənilir. Böyük ettimalla, bu posta ölkə xaricindən təcrübəli kadr cəlb olunacaq.

"Neftçi"də inqilabi dəyişiklik: Rövşən Nəcəf bu vəzifələri ləğv edir, görün kimi gətirir

Dəyişikliklər idman direktoru postu ilə bağlı da olacaq. Hazırda bu vəzifəni icra edən Zaur Əzizova inam böyükdür. O, böyük ehtimalla keçmiş iş yeri “Qəbələ”də olduğu kimi baş menecer kimi fəaliyyət göstərəcək. İdman direktorunun səlahiyyətləri isə bu kluba yaxşı tanış olan Ceyhun Sultanova tapşırılacaq.

Bununla da, yeni mövsüm üçün iddialı olması planlaşdırılan “Neftçi”nn təməl daşları atılacaq. Hazırda kluba Rövşən Nəcəf şəxsən nəzarət edir. Klubun transfer fəaliyyətinə isə Adrian Mutu ilə Zaur Əzizov cavabdeh olacaq. Onlara maliyyə baxımından heç bir məhdudiyyət qoyulmayacaq. Böyük xərc tələb edən, səs-küylü, ulduz futbolçuların transferlərinə icazə veriləcək.

Komandanın qarşısına qoyulan hədəf isə ölkə çempionluğudur. Konfrans Liqasındakı məqsəd isə sadəcə mümkün olduğu qədər irəliləmək olacaq.