Digər

Sabiq bir nömrə ilk dəfə ana oldu

Dünyanın sabiq bir nömrəli tennisçisi Naomi Osaka ilk dəfə ana olub.

Aut.az xəbər verir ki, bu barədə onun sevgilisi, reper Kordey “Kalqari Stampede” festivalında son çıxışı zamanı pərəstişkarlarına danışıb.

Osakanın iki gün əvvəl qız uşağı dünyaya gətirdiyi bildirilir.

Naominin 4 Böyük Dəbilqə də daxil olmaqla WTA turnirlərində 7 kuboku var. Osaka 2024-cü ildə Avstraliya Açıq çempionatında kortlara qayıtmağı planlaşdırır.