Messinin cangündəni gülməli vəziyyətə düşdü: Onu qorumaq istəyərkən… – VİDEO
“İnter Mayami”nin hücumçusu Lionel Messinin mühafizəçisi Yassin Çueko diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, o, ABŞ təmsilçisinin Perunun “Universitario” klubu ilə qarşılaşmasında (0:0) gündəmə gəlib. Qol vurmayan matçın əsas hadisəsi məhz Yassin olub. O, Messinin yanına getmək istəyən azarkeşə mane olmağa çalışarkən epik şəkildə yerə yıxılıb.
Bunun sayəsində oğlan kumiri ilə görüşüb və onu qucaqlayıb. Yasin üzündə təbəssümlə pərəstişkarını Leonun yanından uzaqlaşdırmağa məcbur olub.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Messinin cangüdəni həftədə təxminən 60 min dollar qazanır.
Aut.az
