Tramp çempionlarla görüşdü: Ona xüsusi formalar hədiyyə olundu
ABŞ prezidenti Ağ Evdə Milli Hokkey Liqasının çempionu “Florida Panters”i qəbul edib.
Aut.az xəbər verir ki, Tramp çıxışında komandanı tarixində ilk titulunu qazandırdığına görə Floridanı tərifləyib.
Daha sonra hokkeyçilər Trampa bir neçə hədiyyə təqdim ediblər. Ona klub 2 forması və qızıl çubuq verilib. Formaların üzərində 45 və 47 nömrələri əks olunub. Buna səbəb Trampın ABŞ-ın 45-ci və 47-ci prezidentidir.
Florida təmsilçisi finalda “Edmonton Oylers”i məğlub edib.
Aut.az
