Atası qəzəbləndi: Güzgüdə özünüzə baxın
Sabiq Formula 1 sürücüsü və üçqat dünya çempionu Maks Ferstappenin atası Cos Ferstappen “Red Bull”un “Maklaren”ə uduzmasından narazıdır.
Aut.az xəbər verir ki, Niderlandda keçirilən mərhələdə Maks Lando Norrisdən 23 saniyə geri qalıb ki, bu da ata Ferstappeni qəzəbləndirib.
“Yəqin ki, bunu açıq deməməliyəm, amma deyəcəyəm. “Red Bull” mövsümün əvvəlindən avtomobilin versiyasına qayıtmalı idi və bu, artıq çox şeydən xəbər verir. Maşının sürəti yoxdur və komanda güzgüdə özlərinə baxmalıdır.
Maks bilirdi ki, konstruktorlar çempionatında “Maklaren” yetişməyə başlayacaq, amma təkbaşına nə edə bilərdi. İşlər belə davam edərsə, mövsümün ikinci hissəsi çox çətin olacaq”, – deyə Ferstappen bildirib.
Sürücülər çempionatında Ferstappen Norrisi 70 xal qabaqlayırsa, konstruktorlar çempionatında “Maklaren” xal fərqini 30-a endirib.
Aut.az
