Formula 1

“Mercedes” yeni avtomobili bu tarixdə təqdim edəcək

Almaniyanın Formula 1 komandası “Mercedes” yeni avtomobilinin təqdimat tarixini açıqlayıb.

Aut.az xəbər verir ki, yarış komandasının mətbuat xidmətinin məlumatına görə, yeni avtomobilin renderləri 22 yanvarda, avtomobilin özünün təqdimatı isə 2 fevralda baş tutacaq.

Formula 1 komandalarının təqdimatlarının hazırkı cədvəli belədir:

15 yanvar – “Red Bull”, “Racinq Bulls” (yalnız ləvazimatlar);

20 yanvar – “Audi” (yalnız ləvazimatlar);

22 yanvar – “Mercedes” (yalnız renderlər);

23 yanvar – “Alpin”, “Haas”, “Ferrari”;

2 fevral – “Mercedes” (avtomobil);

8-9 fevral – “Kadillak”;

9 fevral – “Aston Martin”.

Hələlik yalnız “Uilyams” və “Maklaren”in təqdimatlarının tarixləri məlum deyil.

Xatırladaq ki, ötən Formula 1 mövsümünün nəticələrinə əsasən, “Mercedes” Konstruktorlar Çempionatında 469 xalla ikinci yeri tutmuşdu.

Aut.az