Görün Ferstappen hansı ulduz futbolçu ilə görüşüb – FOTO
“Red Bull”un niderlandlı sürücüsü, dördqat və hazırkı dünya çempionu Maks Ferstappen vətənində bir neçə məşhur insanla, o cümlədən “Liverpul”un müdafiəçisi Vircil van Deyklə görüşüb.
Xatırladaq ki, bu yaxınlarda keçirilən Macarıstan Qran Prisində niderlandlı 9-cu nəticə göstərib. Yarışın qalibi “McLaren”i təmsil edən britaniyalı Lando Norris olub.
Ferstappen hazırda 187 xalla pilotların ümumi sıralamasında üçüncü yeri tutur.
Formula 1-in növbəti mərhələsi, Ferstappenin ev yarışı olacaq Niderland Qran Prisi avqustun 29-dan 31-dək baş tutacaq.

Foto: Maks Ferstappenin şəxsi arxivindən
Aut.az
