Formula 1

O qəzadan sonra qaydalar dəyişməlidir?

“Haas” Formula 1 komandasının rəhbəri Ayao Komatsu Oliver Bermanın Yaponiya Qran Prisindəki qəzasından sonra texniki qaydalarda dəyişikliklərin lazın olub-olmadığı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, “RacingNews365” Komatsunun sözlərini sitat gətirin:

“Tələsik cavab vermək istəmirəm. Müxtəlif güc aqreqatı istehsalçılarının tamamilə fərqli güc paylanması var. Bəziləri 1-ci və ya 16-cı döngələrə daxil olaraq daha yüksək sürətlərə nail olurlar. 13-cü döngədə Olli Bermann üstünlüyünün olduğunu bilirdi və buna nail oldu.

Amma gücləndirmə düyməsini istifadə etdikdə sürət fərqi sadəcə böyükdür. Buna görə də hamımız bu barədə bir az düşünməliyik”.

Aut.az