Mövsümün ilk təsnifat yarışını o qazandı
Formula 1 üzrə dünya çempionatının ilk mərhələsinə vəsiqə verən Avstraliya Qran Prisi başa çatıb.
Aut.az xəbər verir ki, “McLaren” komandasının sürücüsü Lando Norris Melburn trekində poul qazanıb. Britaniyalı sürücü təsnifat mərhələsində ən sürətli dövrəni 1 dəqiqə 15,096 saniyəyə başa vurub.
İkinci yeri “McLaren”in digər pilotu Oskar Piastri (0,084 saniyə geri) tutub. “İlk üçlüy”ü hazırkı dünya çempionu “Red Bull”dan Maks Ferstappen (+0,385) tamamlayıb.
2025-ci ildən “Ferrari” sürücüsü olan yeddiqat dünya çempionu Lyuis Həmilton sıralanma mərhələsində səkkizinci nəticə göstərib (+0,877).
Avstraliya Qran Prisi martın 16-da səhər saat 08:00-da başlayacaq.
Aut.az
