Dünya futbolu

Dünyanın ən yaxşı hücumameyilli futbolçusu kimdir? – Sürpriz isim

Maykl Olise statistikaya əsasən dünyanın ən yaxşı hücumameyilli futbolçusu seçilib.

Aut.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi “CIES Football Observatory” dünyanın 100 ən yaxşı hücumameyilli futbolçusunun reytinqini təqdim edib. Siyahı driblinq, şans yaratma və bitiricilik kimi statistik göstəricilər nəzərə alınmaqla tərtib edilib.

Reytinqdə birinci yeri 88,5 orta indekslə “Bavariya”nın və Fransa millisinin cinah oyunçusu Maykl Olişe tutub. O, şans yaratmaq üçün ən yüksək balı toplayıb – 99.

  1. Maykl Olise (Bavariya) – 88,5
  2. Lamin Yamal ( Barselona ) – 87,7
  3. Florian Virts (Bayer) – 85
  4. Vinisius Junior ( Real Madrid ) – 84,2
  5. Usman Dembele (PSJ) – 83,6
  6. Bukayo Saka ( Arsenal ) – 83,1
  7. Məhəmməd Salah ( Liverpul ) – 81,9
  8. Savio Moreyra ( Mançester Siti ) – 81,3
  9. Desire Due ( PSJ ) – 81
  10. Noa Lanq (PSV) – 80,9

Qeyd edək ki, Kilian Mbappe (“Real”) 11-ci, Rafael Leao (“Milan”) 14-cü, Camal Musiala (“Bavariya”) 18-ci yerdə qərarlaşıb.

Aut.az