Hokkey

NHL karyerasında ilk qolunu vurduğu qapıçıya hədiyyə verdi – VİDEO

“Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin “Kolumbus”un keçmiş qapıçısı Paskal Leklerə qeyri-adi hədiyyə edib.

Aut.az xəbər verir ki, rusiyalı əfsanə keçmiş qapıçıya üzərində “Sən bir nömrə idin” yazısı olan formasını verib.

Oveçkin ilk NHL qolunu 2005-ci ildə Leklerin qoruduğu qapıya vurub. Oveçkinin hazırda 886 qolu var. Rekord isə Ueyn Qretskiyə məxsusdur – 894 qol.

NHL karyerasında ilk qolunu vurduğu qapıçıya hədiyyə verdi – VİDEO