Formula 1

Hemilton bu komandanı almaq istəyir

Yeddiqat “Formula-1” çempionu və “Ferrari” pilotu Lyuis Hemilton “MotoGP” çempionatında komanda almağı düşünür.

Aut.az xəbər verir ki, bu qərar seriyanın “Liberty Media” tərəfindən alınmasından sonra gözlənilən artımla bağlıdır. “Autosport”un məlumatına görə, Hemilton satışa çıxarıla biləcək dörd xüsusi komandaya baxır.

“Məhz Hemilton və Ferstappenin nümayəndələri bütün xüsusi komandalarla əlaqə saxlayaraq onların alınmasına maraq göstəriblər”, – kollektivlərdən birinin direktoru bildirib.

Əvvəlcə Max Ferstappen də “MotoGP”-də komanda alışı ilə maraqlanıb. Hazırda “Tech3” komandası istisna olmaqla, zavod komandaları – “Honda”, “Yamaha”, “Ducati”, “KTM” və “Aprilia” satılmır.

“Formula-1”-də “Cadillac” komandasının sahibi olan “TWG Motorsports” Hemiltonun “MotoGP”-yə girmək niyyətini dəstəkləyir.