Formula 1 ulduzları futbol da oynaya bilirlər – VİDEO
Monakoda Formula 1 və avtoidman ulduzlarının iştirak etdiyi illik xeyriyyə futbol matçı keçirilib.
Aut.az xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.
Mayın 21-də II Lui Stadionunda Formula 1-in keçmiş və hazırkı pilotlarını və məşhurları bir araya gətirən “Racing Stars Cup” turniri keçirilib.
Yoldaşlıq görüşünü yerli azarkeşlərin sevimlisi Şarl Lekler açıb. Lakin “Ferrari” təmsilçisi oyunda iştirak etməyib.
Meydana Fernando Alonso, Karlos Sayns, Oliver Bermann, Andrea Kimi Antonelli və kapitan kimi çıxış edən Piyer Qasli daxil olub.
Onlar futbol və digər idman növlərinin əfsanələrindən ibarət komandaya qarşı oynayıblar.
Xeyriyyə oyunu pilotların məğlubiyyəti ilə yekunlaşıb – 4:6. Otuz ildən artıqdır davam edən matçdan əldə olunan gəlir avtoidmanla bağlı olan iki müxtəlif xeyriyyə təşkilatına gedəcək.
Aut.az
