Formula 1-də rəqabət yoxdur, qalib o olacaq – Alonsonun proqnozu
“Aston Martin” komandasının sürücüsü Fernando Alonso bu mövsüm üçün proqnoz verib.
Aut.az xəbər verir ki, Alonso “Maklaren” və “Ferrari”nin irəliləməsinə baxmayaraq, “Red Bull” komandasının sürücüsü Maks Ferstappenin 4-cü çempionluq titulunu qazanmasına kiminsə mane olacağına inanmır.
“Çempionatda intriqa yoxdur, çünki Ferstappen 4-cü titulunu qazanacaq. Rəqiblərin şansı yoxdur. Bəli, digər fərdi yarış qalibləri də olacaq – “Maklaren” və “Ferrari” fərdi mərhələlərdə güclü avtomobilə sahibdirlər, lakin mövsüm irəlilədikcə “Red Bull” və Ferstappen daha güclü olacaq”, – deyə Alonso bildirib.
Bu mövsüm Maks 6 mərhələdə qələbə qazanıb.
Aut.az
