Fin neyrocərrah Şumaxerin hazırkı vəziyyəti haqda danışdı: İnanmıram
Sentyabrın sonunda əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin 2013-cü ildən bəri ilk dəfə ictimaiyyət qarşısına çıxması barədə məlumat yayıldı
Aut.az xəbər verir ki, Şumaxerin qızının toyunda iştirak etdiyi bildirilirdi. Lakin bunu təsdiqləyən foto və videomateriallar heç bir yerdə dərc edilmədi.
Məşhur finlandiyalı neyrocərrah Cussi Postin qeyd edib ki, Şumaxerin vəziyyəti çox ağırdır və yaxşılaşma ehtimalı azdır.
“Şumaxer haqqında əlimizdə olan bütün məlumatları nəzərə alsaq, onun hələ də əvvəlki kimi ağır vəziyyətdə olduğunu başa düşə bilərik. Demək olar ki, bütün yataq xəstələri hərəkətsiz və hər şeyə qarşı çox kövrək olurlar. İnsanı 11 il belə vəziyyətdən sonra ayağa qaldırmaq sadəcə mümkün deyil. Ona görə də şəxsən mən Şumaxerin yaxşılaşdığına inanmıram. Bütün xəstələrin sağalması üçün orta hesabla iki il var, bundan sonra vəziyyət dəyişə bilməz”, – “İltalehti” Postindən sitat gətirib.
Aut.az
