Formula 1

Xərçənglə mübarizə üçün bu qədər pul ianə etdi

“Racing Bulls” komandası üçün yarışan Lyam Lavson süd vəzi xərçəngi ilə mübarizəyə həsr olunmuş xeyriyyə auksiyonunda iştirak edib.

Aut.az “Rnz.co.nz”-ə istinadən xəbər verir ki, yarışçı Yeni Zelandiyanın Kromvell şəhərində keçirilən xeyriyyə yarışlarını ziyarət edib. Lavson “Aston Martin Vulcan”, “Porsche GT3” və “Chevrolet Camaro Gen3” avtomobilləri ilə bir neçə nümayiş turu həyata keçirib.

Lyam özü də ianələrdə iştirak edib. Onun bağışladığı ümumi məbləğ 50 min dollar təşkil edib və bütün vəsaitlər “Breast Cancer NZ” mərkəzinə yönəldiləcək.

“İnanmıram ki, burada bu qədər insan var idi və süd vəzi xərçəngi ilə mübarizə üçün bu qədər vəsait toplandı”, – Lavson tədbir barədə danışıb.

Xatırladaq ki, 2025-ci il Formula-1 mövsümünü yeni-zelandiyalı yarışçı 14-cü yerdə tamamlayıb və 38 xal toplayıb.

Aut.az