FIA-nın yeni cərimələri haqqında: Söyüşləri dayandırsaq, əla olar
“Mercedes”in rəhbəri Toto Volff rəsmi tədbirlərdə kobud sözlərdən istifadəni qadağan edən FİA-nın yeni qaydaları haqqında fikirlərini bölüşüb.
“Düşünürəm ki, bizim bütün tamaşaçılar qarşısında məsuliyyətimiz var. Xüsusilə insanlar bir ölkəyə doğma deyillərsə, çox vaxt müəyyən bir sözün nə qədər ciddi və ya mübahisəli ola biləcəyini dərk etmirlər. Düşünürəm ki, FIA-nın təşəbbüsü yaxşı bir şeydir və əgər söyüşləri dayandıra bilsək, bu, əla olar”, – Volf “Sky Sports”a bildirib.
Xatırladaq ki, daha əvvəl FİA-ya, eləcə də onun vəzifəli şəxslərinə mənəvi zərər və ya ziyan vurmağın maddi cəzaya səbəb olacağı bildirilirdi. Təkrar pozuntular halında diskvalifikasiya və xal itkisi ola bilər.
Aut.az
