Turun oyunlarını neçə azarkeş izlədi?
Azərbaycan Premyer Liqasında IV turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Aut.az xəbər verir ki, ən aşağı göstərici Qubada qeydə alınıb. “İmişli”nin “Sumqayıt”la matçında tribunada 100 tamaşaçı olub.
Ən yüksək göstərici isə Şamaxıda qeydə alınıb. “Şamaxı”nın “Karvan-Yevlax”a 3:0 hesabıyla qalib gəldiyi matçda tribunada 1500 tamaşaçı olub.
Premyer Liqada turun oyunlarını izləyən azarkeş sayı:
Kəpəz – Araz-Naxçıvan 0:2 (200 tamaşaçı)
Qarabağ – Zirə 1:1 (1400 tamaşaçı)
İmişli – Sumqayıt 1:0 (100 tamaşaçı)
Turan Tovuz – Qəbələ 1:0 (1200 tamaşaçı)
Şamaxı – Karvan-Yevlax 3:0 (1500 tamaşaçı)
Neftçi – Sabah 0:0 (1300 tamaşaçı).
