Formula 1 tarixində ilk: Bütün komandalar eyni gündə…
Formula 1 tarixində 75-ci olacaq 2025-ci il mövsümü başlamazdan əvvəl böyük tədbir keçirəcək.
Aut.az xəbər verir ki, tədbir fevralın 18-də Londonda baş tutacaq. Bildirilir ki, bütün komandalar eyni gündə yeni avtomobilləri nümayiş etdirməlidirlər və təqdimatda 20 sürücünün hamısı iştirak edəcək.
Mövsümöncəsi sınaqlar 26-28 fevralda Bəhreyndə, yeni mövsüm isə martın 14-də Avstraliyada başlayacaq.

Aut.az
