Almaniyaİngiltərə

“Bavariya” “Yunayted”lə əlaqə saxladı: Gənc ulduza görə

“Mançester Yunayted”in gənc ulduzu Alexandro Qarnaxo yay transfer pəncərəsində “Bavariya”nın diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Münhen klubu yeni vinger axtarışındadır və bu məqsədlə “qırmızı şeytanlar”la əlaqə saxlayaraq argentinalı futbolçunun transfer şərtlərini öyrənməyə çalışıb. Mənbənin bildirdiyinə əsasən, “Yunayted” real təklifləri dəyərləndirməyə hazırdır. Lakin 21 yaşlı hücumçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir. Ona “Çelsi” və “Aston Villa” da yaxından maraq göstərir.

Alexandro Qarnaço 2020-ci ilin payızında Madrid “Atletiko”sundan “Mançester Yunayted”ə keçib. O, əsas komanda ilə bütün turnirlərdə 144 oyunda iştirak edib, 26 qol vurub və 22 məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.

Aut.az